Baş məşqçi Dembeleni cəzalandırıb
PSJ-nin vingeri Osman Dembele komandanın baş məşqçisi Luis Enrike tərəfindən cəzalandırılıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasında “Arsenal”la matçı (2:0) buraxıb. Enrike bu mövzu ilə bağlı açıqlama verib:
“Oyunçu öz öhdəliklərini yerinə yetirməyəndə bu baş verir. İndi hər şey yaxşıdır. Sərt olmaq lazım olanda sərt oluram. Və lazım olanda daha çox bağışlayanam. Bu, həm məşqçi, həm də bir insan kimi mənim əsas keyfiyyətlərimdən biridir. Hər bir futbolçunun yerinə yetirməli olduğu bir sıra öhdəlikləri var. Oyunçu səhv edərsə, nə qədər asan və ya çətin olsa da, mən düzgün qərar verirəm”.
Fransalı oyunçu ilə baş məşqçi arasında ilk gərgin vəziyyət mövsümün əvvəlində yaranıb. Belə ki, Enrike portuqaliyalı yarımmüdafiəçi Vitinyonu əsas penalti vuran təyin edib ki, bu da onunla Dembele arasında münaqişəyə səbəb olub.
Bizi Facebook-da izləyin