Enrike: “Dembele “qızıl top”u almağa layiqdir”

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumameyilli yarımmüdafiəçisi Osman Dembele haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, fransalı futbolçunun mövsümün ən yaxşı oyunçusu olduğunu söyləyib:

“Dembele mövsümün ən yaxşı oyunçusudur. O, komandanın yaxşılığı üçün hər şeyi edir. Dembele “qızıl top”u almağa layiqdir. Onun oyununu izləmək çox gözəldir”.

PSJ Klublararası dünya çempionatının yarımfinalında “Real” üzərində 4:0 hesablı qələbə qazanıb. Fransa təmsilçisi iyulun 13-də finalda “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button