
ÇL: “Artetaya hər şeyin yaxşısını arzulayıram, amma komandamla matçda yox”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”la keçiriləcək oyun haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:
“Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə hələ futbolçu olanda tanış oldum. O vaxt o, mənə güclü şəxsiyyət kimi görünürdü. Arteta yaxşı oyunçu idi, indi isə böyük məşqçidir. Ona hər şeyin yaxşısını arzulayıram, amma komandamla matçda yox”.
PSJ ilə “Arsenal” arasında cavab oyunu bu gün keçiriləcək. İlk görüşdə Paris komandası Londonda minimal hesablı qələbə qazanıb (1:0).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin