
“Real”ın yeni transferinin 5 sevimli futbolçusu
Bu yay “Real”a keçən braziliyalı hücumçu Endrik ən sevimli beş futbolçusunun adını açıqlayıb.
Komanda.az “Torcedores”-ə istinadən xəbər verir ki, 18 yaşlı forvard bu siyahıya Kriştiano Ronaldonu daxil edib, argentinalı hücumçu Lionel Messini isə “unudub”:
“Kriştiano Ronaldo, Bobbi Çarlton, Ferents Puşkaş, Vinisius Junior və Çud Bellingem”.
Endrik 47,5 milyon avroya Braziliyanın “Palmeyras” klubundan “Real”a keçib. Braziliyalı hücumçu “kral klubu” ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin