“Real”ın hücumçusu mövsümün əvvəlini buraxa bilər

“Real”ın hücumçusu Endrik yeni mövsümün startını buraxa bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bud nahiyəsindən aldığı zədənin təkrarını yaşayıb.

Gənc oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə onun 2025/26 mövsümünə tam hazır olmamasına səbəb ola bilər. Endrikin bərpa müddəti ilə bağlı dəqiq məlumat daha sonra açıqlanacaq.

“Real” La Liqanın ilk turunda doğma meydanda “Osasuna” ilə qarşılaşacaq. Oyun avqustun 19-da keçiriləcək.

18 yaşlı forvard son mövsümdə “Real”ın heyətində 37 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button