“Çox xoşbəxtəm” – “Real”ın yeni futbolçusu

“Real” bu gün braziliyalı hücumçusu Endriki təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdimat zamanı 18 yaşlı futbolçu açıqlama verib:

“Bu gün “Santyaqo Bernabeu”ya gələn hər kəsə təşəkkür etmək istəyirəm. Bu qədər insan görəcəyimi gözləmirdim. Buradakı azarkeşlər inanılmazdır. Mən çox xoşbəxtəm, çünki uşaqlıqdan “Real” azarkeşi olmuşam. İndi də bu klubda oynayacam. Çox xoşbəxtəm, hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Mən həmişə burada olmaq istəyirdim”.

“Real” Endrikin transferini çoxdan elan etmişdi. Müqavilə onun yetkinlik yaşa çatması ilə yekunlaşdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button