Bu mövsüm ilk dəfə meydana çıxdı

“Real”ın hücumçusu Endrik ilk dəfə meydana çıxmaq üçün noyabr ayına qədər gözləməli olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu şənbə günü La Liqada “Valensiya” ilə oyunun 79-cu dəqiqəsində Kilian Mbappeni əvəzləyib və bu, onun hazırkı baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında ilk oyunu olub.

Forvardın sonuncu oyunu isə 18 mayda, komandanın sabiq baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında baş tutub. O, daha sonra zədə alıb və sağlam olmasına baxmayaraq, sentyabr ayından bəri ehtiyat oyunçular skamyasında oturub. Endrik yanvar ayında icarə əsasında Fransanın “Lion” klubuna keçə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button