![](https://komanda.az/wp-content/uploads/2024/10/rimas-kurtinaytis-780x470.jpg)
“Ən yaxşı qələbələrimizdən birini qazandıq”
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 14-cü turunda NTD ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
“Qələbəyə görə şadam. Oyunçulara yaxşı mübarizəyə görə təşəkkür edirəm. Lakin son 5 dəqiqəni bəyənmədim. 20 xallıq üstünlüyümüz 10-a endi. Bu cür oynamaq olmaz. Məni istəyirəm ki, görüşün əvvəlindən sonuna kimi oyun nizamını pozmayaq. Hesabda öndə olarkən arxayınlaşmamalıyıq. Ümumi götürsək, gözəl, aqressiv, məhsuldar qarşılaşma nümayiş etdirdik. Müdafiədə düşündüyümüz kimi çıxış etdik. Bir sözlə ən yaxşı qələbələrimizdən birini qazandıq”.
“Sabah” – NTD qarşılaşması birincilərin 96:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin