“Ən yaxşı nəticəni əldə etmək üçün hər şey edəcəyik” – “Real”ın futbolçusu
“Real”ın qapıçısı Andrey Lunin La Liqanın 30-cu turunda “Atletik”i məğlub etdikdən (2:0) sonra Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə matçdan gözləntilərini bölüşüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı qapıçı ən yaxşı nəticəni əldə etmək üçün hər şey edəcəklərini bildirib:
“Hər oyuna olduğu kimi bu matça da ciddi və diqqətlə hazırlaşacağıq. İndi dincələcəyik, yaxşı hazırlaşmaq və məşq etmək üçün bir neçə günümüz olacaq.
Rəqibin oyununun videosunu izləyəcəyik və ən yaxşı nəticəni əldə etmək üçün hər şey edəcəyik”.
İlk oyun aprelin 9-da keçiriləcək və “Real” öz meydanında oynayacaq. Cavab oyunu aprelin 17-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin