21-ci əsrin ən yaxşı futbolçularının siyahısı açıqlandı

ESPN nəşri 21-ci əsrin ən yaxşı futbolçularının siyahısını təqdim edib.

Komanda.az xəbər verir ki, ilk pilləyə Argentina yığmasının futbolçusu Lionel Messi layiq görülüb.

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun forvardı Kriştiano Ronaldo ikinci, Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri isə üçüncü olub.

“Milan”ın və PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç bu siyahıda 11-ci yerdədir. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne 12-ci, almaniyalı sabiq yarımmüdafiəçi Toni Kroos isə 13-cü pillədə qərarlaşıb.

“Qızıl top”un sahibi Kərim Benzema 16-cı, “Barselona”nın hücumçusu Robert Levandovski isə 18-ci yerdədir. Braziliyalı hücumçu Neymar ilk 20-liyi tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button