“Bayern” Keynlə Çempionlar Liqasında qələbə qazana bilər” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill hansı yay transferlərini ən uğurlu hesab etdiyi sualına cavab verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, transferlər arasında Çud Bellingemin adını çəkərək, onun gələcəkdə ən yaxşı ingilis futbolçusu ola biləcəyini bildirib:
“Düşünürəm ki, yayın ən uğurlu transferləri Harri Keyn – “Bayern”, Çud Bellingem – “Real” və Deklan Rays – “Arsenal”dır. “Bayern” Keynlə Çempionlar Liqasında qələbə qazana bilər.
Bellingem bu yolu davam etdirsə, bütün zamanların ən yaxşı ingilis futbolçusu ola bilər. Onun müstəsna istedadı və parlaq xasiyyəti var. Həmişə nə olacağını təxmin edir: topun hara düşəcəyini bilir. O, əla futbol zəkasına malikdir, lakin mən hər şeydən əvvəl onun iş etikasını qeyd edərdim”.
Bizi Facebook-da izləyin