“İndi ən sabit “Liverpul” görünür” – Keçmiş futbolçu
“Liverpul”un keçmiş müdafiəçisi Qlen Conson İngiltərə Premyer Liqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, üç komandanın çempionluq uğrunda mübarizə aparacağına inandığını bildirib:
“İnanıram ki, üç komanda çempionluq titulu uğrunda mübarizə aparacaq. Ancaq sabitliyə baxsaz, bu baxımdan “Liverpul” çox yaxşı işlər görür və qalib gəlməyə davam edir. “Çelsi” ilə qarşılaşmadakı kimi uğurlar mövsümün sonunda böyük fərq yarada bilər. Əsas iddiaçının adını çəkmək çətindir, amma indi ən sabit “Liverpul” görünür”.
Arne Slotun komandası İngiltərə çempionatının 8 turundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 2-ci (20), “Arsenal” isə 3-cüdür (17).
Bizi Facebook-da izləyin