Ən dəyərli futbol brendləri: MS ikinci, “Barselona” üçüncüdür

“Brand Finance” dünyanın ən dəyərli futbol brendlərinin reytinqini tərtib edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci yerdə “Real” qərarlaşıb. “Kral klubu” ötən il bu reytinqdə ikinci yeri tutsa da, indi zirvəyə yüksəlib. İngiltərənin “Mançester Siti” klubu isə ikinci pilləyə düşüb.

3-5-ci yerlərdə heç bir dəyişiklik yoxdur: onları müvafiq olaraq “Barselona”, “Mançester Yunayted” və “Liverpul” tutur. İlk 10-luqda “Bayern”, PSJ, “Arsenal”, Tottenhem” və “Çelsi” yer alıb.

“Real” 2024-cü ildə bir neçə kubok, xüsusən də, Çempionlar Liqası kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button