“Ən qısa zamanda titul qazanmaq istəyirik” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike “Monpelye” üzərində qazanılan böyükhesablı qələbəni (6:2) şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi ən qısa zamanda titul qazanmaq istədiklərini bildirib:
“Şübhəsiz ki, gözəl axşam idi. Matça yaxşı başladıq və hesabda tez önə keçdik. Lakin müdafiədə bir az ehtiyatsız davrandıq və rəqibə həddindən artıq imkan verdik. Bunun sayəsində onlar oyuna qayıtdılar. İkinci hissədə birincidə etməli olduğumuzu etdik və üstünlüyü bərpa etdik.
Turnir cədvəlindəki vəziyyət? Bu, gözəl, mükəmməldir. Matçdan əvvəl bilirdik ki, qalib gəlsək, ən yaxın izləyicimizi 12 xal qabaqlayacağıq. Biz ən qısa zamanda titul qazanmaq istəyirik və bütün turnirlərdə rəqabətədavamlı olmağı hədəfləyirik”.
Bizi Facebook-da izləyin