Son 5 ildə transferlərə ən çox pul xərcləyən klublar – SİYAHI

“Transfermarkt” son beş ildə transfer bazarındakı xərclər əsasında klubların reytinqini tərtib edib.

Komanda.az xəbər verir ki, siyahının başında “Çelsi” qərarlaşıb. “Zadəganlar” beş il ərzində yeni gələnlərə 784 milyon avro xərcləyiblər! Buna rəğmən, komanda başa çatan İngiltərə çempionatında yalnız 6-cı yeri tutub.

Siyahının ikinci pilləsində “Mançester Yunayted” qərarlaşıb. Premyer Liqanı 8-ci pillədə başa vuran “qırmızı şeytanlar” beş il ərzində 694 milyon avro xərcləyib. 

İlk üçlüyü 640 milyon avro ilə “Arsenal” qapayır. Sonrakı yerləri “Tottenhem” (535 milyon avro), “Nyukasl” (486), PSJ (457), “Əl-Hilal” (437), “Aston Villa” (383), “Mançester Siti” (380) və “Vest Hem” (281) tutur. “Real” 174 milyon avro xərclə 19-cu yerdədir. “Barselona” 20-cidir (159 milyon).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button