Futbolda ən çox nifrət edilən 10 insan – SİYAHI

“FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən insanların siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, sıralamaya “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton başçılıq edir. Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi bildirilir.

İkinci yerdə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdir. Onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı yaşanıb. İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.

10-luğa həmçinin Kriştiano Ronaldo, Luis Suares və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo da daxil olub.

Sıralama belədir:

1. Joe Barton

2. Yozef Blatter

3. Harald Şumaxer

4. Mişel Platini

5. El Hacı Diuf

6. Con Terri

7. Kriştiano Ronaldo

8. Luis Suares

9. Piet Vinkelman

10. Joze Mourinyo

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button