
Ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci futbolçu
Filip Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci oyunçudur.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”da çıxış edən yarımmüdafiəçi buna “Kəpəz”ə üç cavabsız qolla qalib gəldikləri Premyer Liqanın 6-cı turunun matçında nail olub.
Bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, “Qəbələ”də iki (2016/2017, 2017/2018), “Qarabağ”da beş (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023), “Neftçi”də iki (2023/2024, 2024/2025) mövsümü qolsuz başa vurmayıb.
Azərbaycan çempionatları tarixində mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.
Qərb derbisində vurulan qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.
Bizi Facebook-da izləyin



