Azər Həşimov: “Karvan”a heç kim üç xal mənbəyi kimi baxmasın”

“Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Allah şəhidləmizə rəhmət eləsin.

“Neftçi”nin gücü hamıya bəllidir. Keyfiyyətli oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Bir neçə epizodumuz olsa da, qol vura bilmədik. Futbolçularımız əzmkarlıq göstərdilər. Bu gün ən azı bir xal qazanmaq istəyirdik. Buna görə, onları təbrik edirəm.

Üç oyun idi, ilk hissədə qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. Səbəblərimiz çoxdur. Zədəlilərimiz çoxdur. “Karvan”a heç kim üç xal mənbəyi kimi baxmasın.

“İmişli” ilə oyuna 4-lü müdafiə ilə çıxmışdıq, lakin gördük ki, bu, alınmadı. Bu gün 5-li müdafiə ilə oynamağa çalışdıq. Belə oynadıq ki, rəqibi əks-hücumda yaxalayaq. Lakin müdafiədə oynamağımız bizim üçün alınmırdı.

Kamran İbrahimovla bu gün özəl olaraq söhbət etdim. Onun bizim üçün dəyərli olduğunu və bu gün ən yaxşı oyununu keçirəcəyini söylədim. Bu, onun üçün motivasiya oldu. Birinci hissədə basqı oldu. İkinci hissədə də bunu gözləyirdik, lakin daha təmkinli idik”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button