Nuri Şahin kapitanı dəyişməməyə qərar verib

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can yeni baş məşqçi Nuri Şahinin rəhbərliyi altında komandanın kapitanı olaraq qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sebastyan Kehl məlumat verib:

“Əmrə Can kapitan olaraq qalacaq. Hiss edirəm ki, futbolçular mövsümün başlaması ilə bağlı həyəcanlıdırlar. Onlarda uğur qazanmaq üçün böyük istək var. Mən yüksək intensivlik və konsentrasiya görürəm”.

30 yaşlı futbolçu 2020-ci ilin yayında “Yuventus”dan “Borussiya”ya keçib. O, komanda ilə Almaniya kubokunu qazanmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button