Emreli yeni klubu ilə müqavilə imzalamaq üçün Almaniyaya getdi

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyaya yollanıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Emreli Türkiyədəki hava limanından Almaniyanın Ştutqart şəhərinə yola düşüb. O, oradan Kayzerslauternə gedəcək.

Son olaraq 2-ci Bundesliqada “Nurnberq”in formasını geyinən Mahir bu çempionatın digər iştirakçısı “Kayzerslautern”lə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button