Emreli Türkiyədə ilk qolunu vurdu

Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – “Konyaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Adana Dəmirspor”la qarşılaşır. İlk hissədən sonra hesab 1:1-dir.

Mahir bu görüşə start heyətdə başlayıb. Komandasının bərabərlik qolunu da 41-ci dəqiqədə millimizin üzvü vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button