“Legiya”nın baş məşqçisi: “Emreli sağlamdır, peyvənd olunub”

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç azərbaycanlı hücumçu Mahir Emreli haqda danışıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Mixneviç, Mahirin çempionatın 9-cu turunda “Lex”ə qarşı keçirəcəkləri oyunda iştirak edə biləcəyini deyib:

“Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və “Lex”ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək”.

Mahir Emreli üç dəfə koronavirus testi verib və onlardan birincisinin cavabı pozitiv olub. Digər testlər isə neqativ çıxıb.

Oktyabrın 17-də keçiriləcək “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button