Emreli qol vurdu, “Legiya” Avroliqa matçından heç-heçə ilə ayrıldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa “Slaviya”sı (Çexiya) ilə oyunun iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə ilk oyunu səfərdə keçirib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Qarşılaşmada hesabı da 24 yaşlı hücumçumuz açıb. O, 20-ci dəqiqədə topu qapıçının başı üzərindən tora qovuşdurmaqla komandasını hesabda önə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button