
Emreli: “Nürnberq” özümü xoşbəxt gördüyüm yerdir”
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki karyerasına aydınlıq gətirib.
Komanda.az xəbər verir ki, Cənubi Koreyanın “Seul” komandasına keçəcəyi bildirilən 28 yaşlı futbolçu bu xəbərlərə özünün “instaqram” səhifəsindəki paylaşımında münasibət bildirib. Emreli “Nürnberq”də qalacağını qeyd edib:
“Nürnberq” mənim özümü xoşbəxt gördüyüm yerdir və mən gələcək işlərimi yaxşı görmək üçün motivasiyalıyam”.
Emreli tam olaraq növbəti matça – “Hannover”lə oyuna kökləndiyi də vurğulayıb.
Emreli komandasının son iki oyununda iştirak etməyib. Almaniya mətbuatı onun “Seul”a keçə biləcəyinə dair məlumat yaymışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin