Emreli kapitanını zədələdi
Azərbaycanlı futbolçu Mahir Emreli çıxış etdiyi “Dinamo”nun (Zaqreb) kapitanı Ariyan Ademini zədələyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə komandanın məşq prosesində baş verib.
Rovindəki təlim-məşq toplanışı zamanı baş məşqçi Ante Çaçiç yetirmələrini ikitərəfli görüşdə sınamaq qərarına verib. “Ağlar”ın heyətində yer alan Emreli bir epizodda sərt müdaxilə ilə Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.
Baş məşqçi oyunçu sayını tamamlamaq üçün üçüncü qapıçı İvan Nevistiçi mübarizəyə qoşub. Əsas qolkiper Dominik Livakoviç isə yarımmüdafiə xəttinə keçib. Qarşılaşma 2:2 hesabı ilə bitib.
“Dinamo” toplanış çərçivəsində yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə, 17-də isə Zaqrebdə “Bravo” ilə yoxlama görüşünə çıxacaq.
Bizi Facebook-da izləyin