Emreli: “İlk qələbə heç vaxt asan əldə olunmur”

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Mahir Emreli 2-ci Bundesliqada “Şalke”yə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, 2-ci tur qarşılaşmasında onlara dəstək olan azarkeşlərə təşəkkür etməyi unutmayıb:

“İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm”.

Emreli “Şalke”yə 1:0 hesabı ilə qalib gəldikləri matça ilk “11-lik”də başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button