Emreli “Dinamo” ilə təlim-məşq toplanışında
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” komandası ilə təlim-məşq toplanışına yollanıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Dinamo”nun heyətində Rovin şəhərinə gedib.
Bir müddət əvvəl Mahirin komandadan ayrılacağı iddia olunurdu.
Baş məşqçi Ante Çaçiç hazırlığa ümumilikdə 28 futbolçu aparıb. Onlardan 25-i əsas komandanın, 3-ü isə əvəzedici heyətin üzvüdür. Kapitan Ariyan Ademi və yarımmüdafiəçi Yosip Mişiç səhhətində problem olduğu üçün Zaqrebdə qalıblar.
“Dinamo” yanvarın 12-də Sloveniyanın “Çelye” klubu ilə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin