Emreli: “Çox söz deyə bilərik, amma…” – FOTO
“Konyaspor”un azərbaycanlı hücumçusu Mahir Emreli Türkiyə Super Liqasının 30-cu turunun “Adana Dəmirspor”la matçından sonra (1:2) sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü paylaşımda aşağıdakı sözləri yazıb:
“Çox söz deyə bilərik, amma fikir verməyin”.
26 yaşlı forvard onları dəstəkləyən hər kəsə təşəkkür etdiklərini bildirib.
Matça start heyətdə başlayan Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub.
48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alıb və meydandan qovulub. Azərbaycanlı hücumçu isə 60-cı dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin