
Emreli Almaniyada növbəti oyuna çıxdı
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında bu gün keçirilən “Yan Regensburq” – “Nürnberq” matçının iştirakçısı olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu 78-ci dəqiqədə meydana buraxılıb.
Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq uduzub – 1:2.
27 oyundan 41 xalı olan “Nürnberq” hazırda 8-ci yeri tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



