Emre Super Liqada ilkə imza atdı

Futbol üzrə Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində “Gənclərbirliyi” ilə səfər oyunu “Fənərbaxça”nın yarımmüdafiəçisi Emre Belozoğlu üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan qarşılaşmada İstanbul təmsilçisinin bərabərlik qolunu 81-ci dəqiqədə məhz Emre vurub.

İkinci hissənin əvvəlində meydana çıxan təcrübəli futbolçu bu mövsüm ikinci, 2020-ci ildə isə ilk qoluna imza atıb. 1980-ci il təvəllüdlü yarımmüdafiəçi bununla da Super Liqada dörd fərqli on ildə qol vurmağı bacaran ilk futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button