“Emosiyalar neqativdir” – Slovakiya millisinin üzvü
“Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik”.
Komanda.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Erik Yirka evdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan sonra deyib.
Komandasının yeganə qolunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi ələ düşən fürsətlərdən istifadə edə bilmədiklərini deyib:
“Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin