Ronaldo: “Məşqçilik karyerası mənim üçün deyil”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol məşqçisi kimi mümkün iş haqqında sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyali forvard klubun “Youtube” kanalında bunu söyləyib:

“Əminliklə deyə bilərəm ki, məşqçilik karyerası mənim üçün deyil. Ən azından yaxın 10-20 ildə olmayacaq. Baxmayaraq ki, bu həyatda hər şey dəyişə bilər”.

40 yaşlı futbolçu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu yay tərəflər əməkdaşlığı genişləndiriblər. Ronaldo ilə Səudiyyə Ərəbistanı klubu arasında yeni müqavilə 2027-ci ilə qədər olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button