Emin üçün 90 dəqiqə və 3 xal
Futbol üzrə İsveç çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Helsinqborq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Kalmar” hazırda 11 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin