Emin üçün 77 dəqiqə və 1 xal

Futbol üzrə İsveç çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hammarbü” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.

“Kalmar” hazırda 1 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button