Emin oynadı, komandası…
Futbol üzrə İsveç çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Norçöpinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.
“Kalmar” hazırda 2 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin