Emin oynamadı, “Kalmar” uduzdu
Futbol üzrə İsveç çempionatında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Elfsborq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Emin bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Kalmar” hazırda 13 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin