Emin oynadı, “Kalmar” yenə uduzdu
Futbol üzrə İsveç çempionatında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Eskilstuna” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq üzvü 51-ci dəqiqədə sarı vərəqə də alıb.
“Kalmar” hazırda 13 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin