Emin oynadı, “Kalmar” evdə uduzdu
Futbol üzrə İsveç çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Falkenberq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Emin də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin