Emin Nuri mövsümün ilk oyununda ehtiyatda qaldı
Futbol üzrə İsveç çempionatında yeni mövsümə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Emin Nurinin formasını geyindiyi “Kalmar” da yeni mövsümdəki ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Sirius”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb.
Emin mövsümün açılış turunda meydana çıxmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin