Emin Nuri 83 dəqiqə oynadı, “Kalmar”…
Futbol üzrə İsveç çempionatında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Malmö” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
“Kalmar” hazırda 11 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin