Emin Mahmudov zədələnib

“Neftçi”nin futbolçusu Emin Mahmudov zədələnib.

Bu barədə Komanda.az-a paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, 32 yaşlı yarımmüdafiəçinin məşqdə dizindən zədə xəsarət aldığını bildirib. Mahmudov bu gün “Sumqayıt”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 8-ci tur oyununda iştirak edə bilməyəcək.

“Neftçi” – “Sumqayıt” oyunu saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button