
Emin Mahmudov: “Ümidləri doğrultmadıq”
“Neftçi”nin kapitanı Emin Mahmudov “İnstagram” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, futbolçu ümidləri doğrultmadıqlarını bildirib:
“Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq. Azarkeşlərimiz hər zaman daha yaxşı nəticələrə layiqdir. Mövsümboyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər!”
Emin Mahmudovun “Neftçi”dən ayrılacağı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin