Emin Mahmudov üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 7-ci turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb.

Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Mahmudov ilk dəfə 2017/2018 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button