Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”
“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, startda Moldovanın “Speranta” klubu ilə üz-üzə gələcək paytaxt təmsilçisinin yarımmüdafiəçisi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:
“Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdu. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün “Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.
“Neftçi” və “Speranta” arasında ilk oyun iyulun 11-də 8-ci km stadionunda, cavab oyunu isə ayın 18-də səfərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin