Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb
“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixinə düşüb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
Bu, Azərbaycan Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Mahmudovun “Neftçi”də 183-cü çempionat matçı olub.
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi Bakı klubunda 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.
2017-ci ildən “Neftçi”nin formasını geyinən Azərbaycan millisinin üzvü 183 görüşdə 41 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin