Emin Mahmudov: “Düşünürəm ki, bu oyunlar bizə xeyir verər”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində əvvəlcə Fransaya 0:3, ardınca Ukrayna yığmasına 1:2 hesabı ilə məğulub oldu.

Bu ay keçirilən iki oyunla bağlı milli komandanın kapitanı Emin Mahmudov Komanda.az-a açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

“Düşünürəm ki, bu oyunlar bizə xeyir verər. Çox çətin rəqiblərlə qarşılaşdıq, ağır səfərlər idi. Bəzi müsbət məqamlar da oldu. Komanda olaraq birlikdə çıxış etdik, çox çalışdıq, amma heyif ki, nəticə qazanmadıq.

Evdə İslandiya yığması ilə matçımız var. Çalışacağıq ki, onlarla yaxşı oyun göstərək və yaxşı nəticə əldə edək”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button