Emin Əmrullayev: “Neftçi”yə yalnız birinci yer yaraşır”
“Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanan tədbirdə iştirak edib.
Komanda.az xəbər verir ki, o, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:
“Bu müqavilə “Neftçi”nin strateji inkişafı üçün önəmlidir. “Neftçi” Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. “Neftçi”yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik”.
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün beş illik sponsorluq müqaviləsi imzalanıb.
Bizi Facebook-da izləyin