Emin ehtiyatda qaldı, “Kalmar” xal itirdi

Futbol üzrə İsveç çempionatında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Eskilstuna” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button