Emin ehtiyatda qaldı, “Kalmar” uduzdu

Futbol üzrə İsveç çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Hekken”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Kalmar” hazırda 11 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button