Emin ehtiyatda qaldı, “Kalmar”…
Futbol üzrə İsveç çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Örebro” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kalmar” hazırda 7 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin